Sorry, you need to enable JavaScript to visit this website.

Toyuq əti və darçınlı barbekyu lavaşlar

4 porsiya

4 porsiya

30 dəgigə

30 dəgigə

asan

asan

İnqrediyentlər:

  • 2 ədəd toyuq döş əti
  • 1 ədəd limon
  • 1 çay qaşığı qurudulmuş və ya təzə kəkik
  • 1 diş sarımsaq
  • bir çimdik darçın
  • 1 xörək qaşığı bitki yağı
  • 3 xörək qaşığı yunan yoğurtu
  • 1 xörək qaşığı mayonez
  • 1/4  qırmızı bibər
  • 1 ədəd kiçik kahı
  • 4 ədəd lavaş
  • duz

Hazırlama qaydası:

  1. Toyuq əti tikələrini bir qaba tökün.  Ətin üzərinə bir qədər limon qabığını rəndələyin, daha sonra limon şirəsi əlavə edin.
  2. Duz, kəkik, sarımsaq, darçın və yağ əlavə edin. Yaxşıca qarışdırın, qapağını bağlayıb bir saatdan çox olmamaqla soyuducuda saxlayın. 
  3. Barbekyunu qızdırın. 
  4. Toyuq əti tikələrini bir neçə dəqiqə ərzində hər iki tərəfdən qızardın. 
  5. Yoğurtu mayonezlə qarışdırın.
  6. Lavaşları qrildə bir dəqiqə isidin, daha sonra onları boşqablara qoyun və hər birinə 1/2  xörək qaşığı yoğurt-mayonez qarışığı çəkin. 
  7. Toyuq əti tikələrini lavaşların üzərinə qoyun, qalan yoğurtu damcılar şəklində əlavə edin və yaxşı doğranmış qırmızı bibəri və kahını üzərinə səpin.
  8. Lavaşları bürmələyərək yemək üçün hazırlayın.