
Hansı məhsullar
həzm problemlərinə səbəb ola bilər?
Təəssüf ki, çoxumuzun zövq aldığı bir çox qidalar həzm problemlərinə (həzmin pozulmasına) səbəb ola bilər. Aşağıda daha çox yayılmış çətin həzm olunan qidaların siyahısı göstərilmişdir, əgər sizdə həzm problemləri vardırsa, bu qidalardan istifadə etməməlisiniz:
- Yağlı yeməklər
- Qızardılmış yeməklər
- Çox isti və ədviyyatlı yeməklər
- Paxlalı bitkilərdən hazırlanmış yeməklər
- Soğan
- Qazlı içkilər
Daha yaxşı həzm üçün yemək zamanı Mezim qəbul edin*
*mədəaltı vəzinin ekzokrin çatışmazlığı zamanı
MEZİM nədir?
Mezim – həzm fermentlərinin pankreatin adlanan kombinasiyasıdır. Həzm fermentləri, bir qayda olaraq, mədəaltı vəzi tərəfindən istehsal olunur və yağların, zülalların və karbohidratların həzm edilməsi üçün vacibdir.
Orqanizm özü kifayət qədər həzm fermentləri istehsal edə bilmədiyi zaman, Mezim həmin həzm fermentlərinin əvəz edilməsi üçün istifadə olunur.
Pankreatinin tərkibində mühüm ferment yağları parçalayan lipazadır.


Mezimin düzgün qəbul edilmə qaydası necədir?
Mezim yeməkdən sonra mədənizi yüngülləşdirməyə kömək edir.
Mezimi yemək zamanı qəbul edin. *
Əgər siz bir ədəd Mezim həbini qəbul edirsinizsə, onu yeməyin əvvəlində qəbul edin. Əgər birdən artıq Mezim həbini qəbul edirsinizsə, öz mədəaltı vəzi fermentlərinizin təsirini imitasiya etmək üçün, həbləri yemək zamanı tədricən qəbul edin.
Mezim həblərini bir stəkan su ilə birlikdə qəbul edin.
Həbləri heç zaman çeynəməyin və parçalamayın, onları həmişə bütöv şəkildə udun. Mədəaltı vəzinin fermentləri ağız boşluğunun selikli qişasını qıcıqlandıra bilər.
Mezimin tərkibində həzm fermentlərinin kombinasiyası olan pankreatin tamamilə təbii mənşəlidir. Tərkibində pankreatin olan preparatlar, adətən, orqanizm tərəfindən yaxşı keçirilir və uzun müddətli müalicə üçün istifadə edilə bilərlər. **
Bu, məməlilərin mədəaltı vəzilərindən alınan mədəaltı vəzi tozudur.
Pankreatinin dozası mövcud mədəaltı vəzi çatışmazlığının ağırlıq dərəcəsindən asılı olaraq olduqca fərdidir. Ümumi tövsiyə yağların parçalanmasında iştirak edən həzm fermentini – lipazanı əsas yemək ilə 20 000 - 40 000 vahid dozasında istifadə etməkdir.
Mezimi istifadə etməzdən əvvəl preparatın istifadə təlimatını tam və diqqətlə oxuyun.
* mədəaltı vəzinin ekzokrin çatışmazlığı zamanı
** Xəstəliyin gedişatına uyğun olaraq və həkim tərəfindən müəyyən edilir.
Televiziya reklamı
Mədəaltı vəzinin ekzokrin çatışmazlığı – mədəaltı vəzinin qidanı həzm etməyə kömək edən həzm fermentlərini kifayət qədər istehsal etmədiyi vəziyyətdir.
Həzm fermentləri qidaları kiçik hissəciklərə parçalayan və bununla da, bədənin bütün zəruri qidalandırıcı elementləri əldə etməsinə imkan verən maddələrdir.
Pankreatin ‒ mədəaltı vəzi tərəfindən istehsal olunan həzm fermentlərinin kombinasiyasıdır.
Lipaza yağları parçalayan həzm fermentidir.