Mezim hansı formada buraxılır?

Mezim iki qalen formasında buraxılır – örtüklü həblər və daha yaxşı effektivlik üçün tərkibində bağırsaqda həll olan örtüklü mini-həblər olan bərk kapsullar.
Kiçik ölçüsü və hamar səthi sayəsində örtüklü həblər çox asanlıqla udulur. Pankreatin həblərini heç zaman çeynəməyin və ya dişləməyin.
"Örtüklü həblər" termini həblərin mədədə həll olmayan turşuluğa davamlı örtüklə örtüldüyünü bildirir. Bu xüsusi örtük sayəsində mədəaltı vəzinin fermentləri təhlükəsiz şəkildə mədədən nazik bağırsağa keçir və burada azad olaraq aktivləşirlər.
Kapsulların tərkibində bağırsaqda həll olan örtüyə malik xırda həblər olur ki, onlar da qida ilə bərabər həcmdə qarışa bilər. Bu cür buraxılış formasında həzm fermentlərinin effektivliyi daha yüksəkdir. Məhz buna görə də, bir qayda olaraq, mini-həblərə üstünlük verilir.
Mezim preparatını istifadə etməzdən əvvəl preparatın istifadə təlimatını hər zaman diqqətlə oxuyun.

Mezim 3500
örtüklü həblər
Təsiredici maddələr:
Lipaza* 3 500
Amilaza** 4 200
Proteaza** 250
Qablaşma:
20, 80 həb

Mezim 10 000
bağırsaqda həll olan örtüyə malik həblər
Təsiredici maddələr:
Lipaza* 10 000
Amilaza** 7 500
Proteaza*** 375
Qablaşma:
10, 20, 50 həb

Mezim 25 000
Bərk kapsullar
Təsiredici maddələr:
Lipaza* 25 000
Amilaza** 22 500
Proteaza*** 1 250
Qablaşma:
20, 50, 100 kapsul
*yağları parçalayan həzm fermentləri
**saxaridləri parçalayan həzm fermentləri
***zülalları parçalayan həzm fermentləri
Mezim necə işləyir?
Mezimin təsiredici maddəsi olan pankreatin bədənin ona lazım olan bütün qidalandırıcı maddələri mənimsəyə bilməsi üçün zülalları, yağları və karbohidratları kiçik hissəciklərə parçalamağa kömək edən həzm fermentlərinin kombinasiyasıdır.
- Sağlam mədəaltı vəzi
Mədəaltı vəzidə istehsal olunan həzm fermentləri zülalları, yağları və karbohidratları kiçik hissəciklərə parçalayır. - Həzm problemləri olan pasiyent
Mədəaltı vəzidə hər hansı bir pozuntu varsa, deməli, həzm fermentlərinin çatışmazlığı mövcuddur və yağlar, zülallar və karbohidratlar düzgün şəkildə parçalanmır. - Mezim qəbul edən pasiyent
Mezim çatışmayan fermentləri əvəz edir və qida kiçik hissələrə parçalanır.



MEZİM necə istifadə edilir?
Preparatın dozası mədəaltı vəzi çatışmazlığının ağırlıq dərəcəsindən asılı olmalıdır. Lütfən, doza ilə bağlı həkiminizlə məsləhətləşin. Bir dəfə qida qəbulu üçün lipazanın tövsiyə olunan dozası (yağların parçalanmasına kömək edən fermentin miqdarı) 20 000 - 40 000 vahid təşkil edir, lakin doza təyin edilmiş diapazondan yüksək ola bilər.
Dozanın artırılması yalnız həkim nəzarəti altında həyata keçirilməli və simptomların (məsələn, steatoreya, mədə ağrısı) yaxşılaşdırılmasına yönəldilməlidir.
Lipaza fermentinin bədən çəkisinin hər kiloqramına 15 000 - 20 000 vahid gündəlik dozası aşılmamalıdır.
Xüsusən, mukovissidozlu pasiyentlərdə yeməklərin miqdarı və tərkibi nəzərə alınmaqla, fermentin yağların kifayət qədər sorulması üçün zəruri olan dozası aşılmamalıdır.
Uşaqlarda Mezim yalnız həkim nəzarəti altında istifadə edilməlidir.
Preparatın istifadə təlimatını diqqətlə oxuyun.

Qalen formaları dərmanların istifadə edilə biləcəyi formalardır (həb, kapsul, suspenziya və s.).
Qidanın tərkibində olan qidalandırıcı maddələr üç əsas qrupa bölünür: zülallar, yağlar və karbohidratlar.
Steatoreya – yağların bağırsaqda sorulmasının azalması səbəbindən nəcisdə yağın olmasıdır.