Nə üçün söhbət yaxşı qidadan gedəndə, mədəaltı vəzi bu qədər vacibdir?


Bu fermentlər mədəaltı vəzidə istehsal olunur. Qədimdə insanlar hesab edirdilər ki, elastik konsistensiyaya malik olan mədəaltı vəzi yalnız mədəni qoruyan bir amortizatordur. Lakin əslində bu, daha mühüm bir orqandır! Mədəaltı vəzinin istehsal etdiyi fermentlər sayəsində, orqanizmimiz qidanı kiçik hissəciklərə parçalaya bilir, bu hissəciklər bağırsaqdan qan dövranına keçir, qanla toxumalara və orqanlara nəql edilir.

Mədəaltı vəzidə problemlər olduqda, həzm fermentləri kifayət qədər istehsal edilmir. Qida kifayət qədər parçalanmır və müxtəlif həzm problemləri yarana bilir. Siz həzm problemlərinizi həkiminizlə müzakirə edərkən, o, "Mədəaltı vəzinin ekzokrin çatışmazlığı" terminindən istifadə edə bilər, bu termin sadəcə olaraq, mədəaltı vəzi fermentlərinin çatışmazlığını bildirir.

Why is pancreas so important when it comes to good food?
  1. Sağlam mədəaltı vəzi
    Mədəaltı vəzidə istehsal olunan həzm fermentləri zülalları, yağları və karbohidratları kiçik hissəciklərə parçalayır.
  2. Həzm problemləri olan pasiyent
    Mədəaltı vəzidə hər hansı bir pozuntu varsa, deməli, həzm fermentlərinin çatışmazlığı mövcuddur və yağlar, zülallar və karbohidratlar düzgün şəkildə parçalanmır. 
  3. Mezim qəbul edən pasiyent
    Mezim çatışmayan fermentləri əvəz edir və yeməkləri həzm etməyə kömək edir.
Healthy pancreas Healthy pancreas Healthy pancreas

Kimlər mədəaltı vəzinin ekzokrin çatışmazlığından əziyyət çəkə bilər?


Mədəaltı vəzinin ekzokrin çatışmazlığı mədəaltı vəzinin istehsal etdiyi fermentlərin çatışmazlığı ilə xarakterizə olunan bir vəziyyətdir və bütün yaşlarda olan insanlarda rast gəlinə bilər, lakin yaşınız nə qədər çoxdursa, həzm problemlərinizin mədəaltı vəzi ilə əlaqədar olma riski bir o qədər yüksəkdir.

Who can suffer from exocrine pancreatic insufficiency? Who can suffer from exocrine pancreatic insufficiency? Who can suffer from exocrine pancreatic insufficiency?
 Exocrine pancreatic insufficiency symptoms

Mədəaltı vəzinin ekzokrin çatışmazlığının simptomları


Simptomlar yüngül və orta dərəcədən ağır dərəcəyədək dəyişə bilər, bu simptomlara aşağıdakılar aiddir:

Yüngül dərəcəli simptomlar: pis həzm olunan, yağlı, ədviyyatlı və alışılmamış qida qəbulundan sonra mədədə narahatlıq və ağırlıq hissi.*

Orta dərəcəli simptomlar: mədə ağrısı, ürəkbulanma, qusma, qıcqırma, köpmə və ya ishal kimi dispeptik simptomlar.*

Ağır dərəcəli simptomlar: qarında xroniki ağrı, ishal və steatoreya (nəcisdə yağ), çəkinin azalması, osteoporoz və s.*

* Mədəaltı vəzinin ekzokrin çatışmazlığı diaqnozunu yalnız həkiminiz təyin edə bilər.

Mədəaltı vəzinin ekzokrin çatışmazlığı və onun səbəbləri


Nə zamansa düşünmüsünüzmü ki, həzm problemləriniz mədəaltı vəzinin funksiyası ilə əlaqədar ola bilər? Mədəaltı vəzinin kifayət miqdarda həzm fermentləri istehsal etmədiyi vəziyyət mədəaltı vəzinin ekzokrin çatışmazlığı adlandırılır.

Aşağıda mədəaltı vəzinin düzgün işləməyə bildiyi vəziyyətlər, eləcə də tibbi hallar göstərilmişdir:

Yaş

yaş artdıqca həzm fermentlərinin istehsalının azalması normal haldır. Yaşınız nə qədər çoxdursa, mədəaltı vəzinizlə əlaqədar həzm problemlərinizin inkişaf etmə ehtimalı bir o qədər yüksəkdir.

Spirtli içkilərin qəbulu və siqaret çəkmə

mütəmadi olaraq spirtli içkilər qəbul edən və siqaret çəkən insanlar mədəaltı vəzinin xroniki pankreatitlə əlaqədar olan ekzokrin çatışmazlığından tez-tez əziyyət çəkirlər.

Şəkərli diabet 

hər iki sağlamlıq problemi mədəaltı vəzi ilə əlaqədar olduğu üçün şəkərli diabeti olan şəxslər də mədəaltı vəzinin ekzokrin çatışmazlığından əziyyət çəkə bilərlər.

Cərrahi əməliyyatdan və ya xəsarətdən sonra

əgər mədəaltı vəzinin bir hissəsi cərrahi əməliyyat vasitəsilə çıxarılmışdırsa (şişlər, xəsarətdən sonra və s.), onun funksiyası da azalmış olur.

Genetik xəstəliklər

məsələn, uşaqlarda mədəaltı vəzinin ekzokrin çatışmazlığının ən çox yayılmış səbəbi mukovissidozdur.

How to live with exocrine pancreatic insufficiency? How to live with exocrine pancreatic insufficiency?

Mədəaltı vəzinin ekzokrin çatışmazlığı ilə necə yaşamaq olar?


Mədəaltı vəzinin ekzokrin çatışmazlığının müalicəsinə mədəaltı vəzi fermentləri ilə əvəzedici müalicə, normal - məhdudlaşdırmayıcı sağlam qidalanma və həyat tərzinin bəzi dəyişiklikləri daxildir. Yalnız bu aspektlərin kombinasiyası sizə simptomları yüngülləşdirməyə, yenidən yeməkdən zövq almağagözəl yaşamağa kömək edə bilər.

Nə yediyinizə və bundan sonra özünüzü necə hiss etdiyinizə diqqət yetirin. Daha sonra siz simptomlarınızı pisləşdirən qidalardan imtina edə bilərsiniz.

Mədəaltı vəzinin ekzokrin çatışmazlığı olan pasiyentlərə tərkibində yağların miqdarının az olduğu ciddi pəhriz artıq tövsiyə olunmur. Bunun əvəzində siz, qida lifləri ilə zəngin qida məhsullarından imtina etməlisiniz. Qida lifləri çətin həzm olunur və bundan əlavə, mədəaltı vəzinin lipaza fermentini (yağları parçalayan həzm fermenti) inaktivləşdirir.

Tez-tez və kiçik porsiyalarla yüksək enerjili qidalar qəbul edin.

Pəhrizinizin sizin qidalanma ehtiyaclarını tam təmin etdiyinə əmin olmaq və mədəaltı vəzinin ekzokrin çatışmazlığının qidalanma pozuntusu, vitamin çatışmazlığı və ya osteoporoz kimi ağırlaşmalarına yol verməmək üçün dietoloq ilə məsləhətəşin.

Hər dəfə yemək zamanı mədəaltı vəzi fermentlərini əvəz edən preparatı qəbul edin. Pankreatini (həzm fermentlərinin kombinasiyası) qəbul etməzdən əvvəl preparatın istifadəsi üzrə təlimatı diqqətlə oxuyun.

Siqaret çəkməyi tərgidin. Spirtli içkilər qəbul etməyin.

Mədəaltı vəzinin həzm fermentlərini əvəz etmək üçün Mezimi yemək zamanı qəbul etməlisiniz. Mezim yeməkdən sonra mədənizdə ağırlıq hissini azaltmağa kömək edəcəkdir.

Siz, həmçinin həyat tərzinizdə bəzi dəyişikliklər etməlisiniz, bu dəyişikliklərə, başlıca olaraq, sizin fərdi qidalanma ehtiyaclarınızı təmin edən balanslaşdırılmış pəhriz (bu zaman fərdi dözümlülük əhəmiyyətli amildir), spirtli içkilərdən və siqaretdən imtina daxildir.

You should take Mezym during the meal

Mədəaltı vəzi fermentlərini əvəz edən preparatlar mədəaltı vəzinin ekzokrin çatışmazlığı zamanı mədəaltı vəzinin həzm fermentlərini əvəz etmək üçün istifadə edilir.

?TEZ-TEZ VERİLƏN SUALLAR